29 iyul 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin parkında açıq səma altında “Şahmatçı Ailəm” turniri keçirilib.

Turnirə baş hakim, beynəlxalq dərəcəli hakim Ülkər Umudova və AĞ AT şahmat klubunun müəllimləri nəzarət edib.

Yarışda 50 komanda olmaqla, 100 nəfər iştirak edib. İştirakçıların 6-75 yaşları olub. Hər komanda bir kapitan (14 yaşınadək gənc) və onun bir yaxın qohumundan (bacı, qardaş, ana, ata, nənə və ya baba) ibarət olub.

Qalib komandalar medal və sertifikatla təltif olunublar.

Turnirə baş hakim, beynəlxalq dərəcəli hakim Ülkər Umudova və AĞ AT şahmat klubunun müəllimləri nəzarət edib.

29 avqust 2017