AĞ AT Şahmat Klubunda dünyanın aparıcı şahmat tədris-təlim metodu olan "Addım-addım" tədris sistemindən istifadə edilir.

Bu sistem 1987-ci ildə Hollandiyalı Rob Brunia və Cor van Wijgerden tərəfindən uşaqlara şahmatı effektli və əyləncəli üsulla öyrətmək məqsədilə yaradılmışdır. Bu qabaqcıl təlim proqramı təkcə Avropa ölkələrində deyil, bütün dünyada rəğbət qazanıb və dərslikləri 12 dilə tərcümə edilib.

Azərbaycanda isə ilk dəfə müəllif hüquqları qorunmaqla AĞ AT Şahmat Klubunun yaradıcıları Ülkər və Nərgiz Umudovalar tərəfindən tərcümə edilərək nəşr olunub və mükəmməl şəkildə tədris edilir.

Qeyd edək ki, nəşrlərin heç bir hissəsinin kommersiya və ya digər məqsədlər üçün kütləvi surətinin çıxarılmasına, dəyişdirilməsinə, yenidən nəşr edilib çoxaldılmasına müəllifin icazəsi olmadan heç bir halda yol verilmir. Bütün hüquqlar Beynəlxalq hüquqdan irəli gələn normalar və Azərbaycan Respublikasının Qanunvericiliyindən irəli gələrək Müəllif Hüquqları Agentliyi (Şəhadətnamə №8248, Qeydiyyat №15/C-7764-14) tərəfindən qorunur.

Bütün dərslər müəyyən tədris proqramı, mərhələləri üzrə qurulmuşdur. Sistem fiqurların gedişlərindən başlayaraq, sonluqda strategiyaya qədər bütün mühüm mövzuları əhatə edir.

Bu sistemdə əsas diqqət taktikaya yönəldilmişdir. "Addım-addım" sisteminin güclü tərəfi bütün taktikaların bütöv blok şəklində cəmlənməsidir.

Bütün uşaqlar tapşırıqların evdə həlli üçün bu sistemin dərs vəsaitlərinə sahib olurlar. Bununla həm məşqçi-müəllimlər uşağın inkişafını asanlıqla izləyə bilir, həm də valideynlər övladlarının keçdiyi dərsləri və ev tapşırıqlarını aydın şəkildə görürlər.

Zərurət yarandıqca, Klubumuzda əlavə dərs vəsaitlərindən də istifadə edilir.