Qəbul üçün yaş məhdudiyyəti varmı?
Standart dərslərə 4-14 yaş arası qəbul var.
Dərslər həftədə neçə dəfə keçirilir?
Standard dərslər həftədə 2 dəfə olur. Lakin, valideynin istəyi ilə artırıla bilər.
Dərslər neçə saat davam edir?
Standart dərslər 1 saat davam edir. Valideynin istəyi ilə, dərsin müddəti artırıla bilər.
Dərslər fərdi yoxsa qrup şəklində keçirilir?
Dərslər yaşa, dilə və bilik səviyyəsinə görə qrup və ya fərdi şəkildə olur.
Dərslər hansı dillərdə tədris olunur?
Məktəbimizdə 4 dildə şahmat dərsləri keçirilir:
Azərbaycan, rus, ingilis və türk.
Məktəbinizdə yarışlar keçirilirmi?
Bəli. Mütəmadi olaraq təsnifat turnirləri, komanda yarışları və s. müsabiqələr təşkil edilir.
Tələbələr digər yarışlarda da iştirak edirmi?
Tələbələr həm məktəbdaxili, həm də digər klublarda yarışlarda iştirak edir.
Tələbələr xarici ölkələrdə beynəlxalq yarışlarda iştirak edirmi?
Bəli, beynəlxalq yarışlarda da iştirak edirlər.
Müəllimlər kimlərdir?
Müəllimlər uşağın yaşına, bilik səviyyəsini görə dəyişir.
Baş məşqçilərimiz Beynəlxalq Qrossmeyster Fərid Abbasov və əməkdar məşqçi Ülkər Umudovadır.
Aylıq ödəniş nə qədərdir?
Uşağın yaşından və bilik səviyyəsindən asılı olaraq aylıq ödəniş 50-60 AZN təşkil edir.
Hansı dərs vəsaitlərindən istifadə olunur?
Əsas dərs proqramı qismində məşqçilərimiz tərəfindən tərcümə olunmuş Şahmat Akademiyası Addım sistemindən istifadə olunur.