Ü.Umudova İctimai TV-nin qonağı

Beynəlxalq hakim Ülkər Umudova və AĞ AT şahmat klubunun tələbəsi Elcan Əbdülkərimli İctimai TV-də canlı yayımlanan "Addım-addım" verilişinin qonağı olublar.

Verilişdə, həmçinin, millət vəkili Ağacan Abıyev, İslamiada oyunlarının qalibi Fəridə Abıyeva, psixoloq Aidə Nəbiyeva da iştirak ediblər.

Ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafı, faydaları və bu sahədə gənclərin rolu əsas müzakirə mövzusu idi.

19 may 2017