VIENNA OPEN – dünyanın ən böyük açıq beynəlxalq turnirlərindən biridir. Ölkəmizi Şəhriyar Məmmədyarovun da təmsil etdiyi turnir Vyananın mərkəzi muzeyi Rathausda keçirilirdi.
Bu təntənəli yarışda klubumuzun üzvləri növbəti uğurlarını qazandılar:
Tofiq İsrəfilov – 12 yaşadək şahmatçılar arasında I yer – qızıl medal, C qrupunda V yer.
Nihad Teymurlu – 17 yaşa qədər yeniyetmələr arasında III yer – bürünc medal.
Rasim Rüstəmov – blitz yarışında III yer – bürünc medal.