Beynəlxalq qrossmeyster Nərgiz Umudovaya qarşı seans

AĞ AT Şahmat klubundan daha bir yenilik!

Məlumdur ki, gənc şahmatçılar qrossmeysterlərlə oynamaq üçün uzun yol keçməlidirlər. Hərçənd, bunun üçün şahmat aləmində "seans" adlanan bir tədbir növü tətbiq olunur. Seans – bir güclü şahmatçının eyni vaxtda onlarla taxtada gənc və ya həvəskarlarla şahmat oynamasıdır. Bununla, gənc şahmatçıların qrossmeyster ilə tanış olmaq imkanı yaranır.

Noyabrın 23-də AĞ AT Şahmat Klubunda beynəlxalq qrossmeyster, milli komandamızın üzvü, beşqat Azərbaycan çempionu, dünya ikincisi, Tschaturanga Open (Vyana, 2013) və Xəzər Kubokunun qalibi (İran, 2007) Nərgiz Umudova qarşı seansda gənc şahmatçılar biliklərini sınadılar. 3,5 saat davam edən seansda müxtəlif müxtəlif rayon və şahmat məktəblərindən olan 45 gənc şahmatçı mübarizə apardı.

Ginnesin rekordlar kitabının qeydinə görə, 2011-cı ildə İran qrossmeysteri ən böyük rekorda imza atmışdır – 25 saat ərzində 604 şahmatçıya qarşı mübarizə apararaq 580 oyunda qalib gəlmişdir.

Belə tədbirlər gənc şahmatçılara daha da çox çalışıb, uğur qazanmalarına stimul verir.

23 noyabr 2016