Martın 28-31 tarixlərində AĞ AT Şahmat Klubunda dərəcə yarışı keçirilib.

Yarış qruplarla, dairəvi sistem üzrə təşkil edilib.

Uşaqların orta məktəbdə dərs saatlarını nəzərə alaraq, oyunlar saat 16:00 və 18:00-da başlanılırdı.

Bu dərəcə yarışı onunla yadda qalıb ki, oyun zallarında səssizliyin təmin edilməsi yarış iştirakçılarının bütün diqqətini oyuna yönəltməsinə zəmin yaradıb.

A qrupu II dərəcə
Elcan Əbdülkərimli
Nihad Teymurlu
Ayan Rzayeva
B qrupu III dərəcə
Kamilla Balayeva
Ziya Həsənli
Kənan İsbatov
C qrupu III dərəcə
Üzeyir Mustafayev
Ülvi Mehdiyev
Səidə Mehdiyeva
D qrupu IV qrupu
Məhəmməd İsmayılov
Cavid Qurbanlı
Safiyə Şiriyeva
E qrupu IV dərəcə
Rəşid Cəfərov
Məcid Axundov
Ertuğrul Değer

Qaliblər medal və diplomlarla təltif olunublar.

Onları bir daha təbrik edirik!
Tezliklə növbəti dərəcələri qazanmaqları naminə birlikdə çalışacağıq.

8 aprel 2016