Şahmatın “oyunların şahı” olması heç də təsadüfi deyil. İmperiya və krallıqların rəhbərləri strategiyanın qurub, proqnozlaşdırılmasında təcrübə qazanmaq üçün bu oyunun böyük əhəmiyyətə malik olduğunu hesab edirdilər.

Beynin iş prosesini öyrənərkən şahmatın aşağıda göstərilən əsas üstünlükləri ortaya çıxır:

 • İntellekti (IQ) artırır.

 • Beynin hər iki yarımkürəsini paralel inkişaf etdirir.

 • Yaradıcılıq qabiliyyətini artırır.

 • Yaddaşı gücləndirir.

 • Problemləri həll etmə bacarığını artırır.

 • Fikrin rahatlıqla cəmlənməsini təmin edir.

 • Plan qurmağı və tədbirli, ehtiyatlı olmağı öyrədir.