SƏFƏRLƏR

ALBANİYA

25-29 iyul tarixlərində Albaniyanın Dures şəhərində Yaş qrupları arasında Rapid və Blits üzrə Dünya çempionatı keçirilmişdir. AĞ AT-ın tələbələri ölkəmizi bu mötəbər yarışda təmsil edib.

albaniya-dures
albaniya-dures
albaniya-dures
albaniya-dures

ŞAMAXI

AĞ AT Şahmat Klubunun Tələbələri “Şamaxı Open 2025” Turnirində və Maraqlı Səfərdə 🏆 29 iyun tarixində AĞ AT Şahmat Klubunun tələbələri üçün həm bilik, həm də əyləncə dolu bir gün yaşandı. Klub üzvləri beynəlxalq reytinqli “Şamaxı Open 2025” Rapid turnirində iştirak etmək üçün Şamaxıya yollandılar. Turnir gənc şahmatçılar üçün böyük bir təcrübə, həm də özlərini sınamaq və inkişaf etdirmək baxımından əhəmiyyətli bir fürsət oldu. Səfər təkcə turnirlə məhdudlaşmadı. İştirakçılar həmçinin Şamaxı Rəsədxanasına da baş çəkdilər. Burada tələbələr və onları dəstəkləməyə gələn valideynlər elm, təbiət və kosmosla bağlı maraqlı məlumatlarla tanış oldular. İntellektual yarış və maarifləndirici gəzinti ilə zəngin olan bu gün, həm tələbələr, həm də valideynlər üçün unudulmaz xatirəyə çevrildi. Bu cür səfərlər gənclərin inkişafında və onların motivasiyasının artırılmasında böyük rol oynayır.

ŞAMAXI
ŞAMAXI
ŞAMAXI
ŞAMAXI
ŞAMAXI
ŞAMAXI

QUBA

Balaca AĞ ATlıllar bu dəfə Qubada. 30 aprel tarixində AĞ AT şahmat klubu Quba şəhərində təşkil olunan surətli şahmat turnirində iştirak etmişdir. Həmişəki kimi tələbərimiz həm şahmat yarışında iştirak etdilər, fərqli mühitdə oynayaraq təcrübə qazandılar, həm də əylənərək gözəl dağ havasında gözəl vaxt keçirdilər. Yeni layihələrimizlə həmişəki kimi AĞ AT bir addım öndə!

quba-turu
quba-turu
quba-turu
quba-turu
quba-turu
quba-turu
quba-turu
quba-turu

GƏNCƏ

Gənclər Günü münasibətilə AĞ AT şahmat klubunun və Gəncə şəhər şahmat məktəbinin birgə əməkdaşlığı çərçivəsində Gəncədə maraqlı və gərgin şahmat turniri təşkil olundu. Yarışda müxtəlif yaş qruplarından gənc şahmatçılar iştirak edərək öz bilik və bacarıqlarını sınadılar. AĞ AT şahmat klubunun tələbələri turnirdə böyük həvəslə çıxış edərək əzmkarlıq, strateji düşüncə və səbir nümayiş etdirdilər. Onların bir çoxu mükafat yerlərinə layiq görülərək klubumuzu uğurla təmsil etdilər. Bu nailiyyətlər yalnız fərdi uğur deyil, həm də klubumuzun tədris proqramının effektivliyinin və şagirdlərimizin əzminin göstəricisidir. Bütün iştirakçıları və qalibləri səmimi-qəlbdən təbrik edir, gələcək turnirlərdə daha böyük uğurlar arzulayırıq!

GƏNCƏ
GƏNCƏ
GƏNCƏ
GƏNCƏ
GƏNCƏ
GƏNCƏ

QUBA

Beynəlxalq Şahmat Günü münasibətilə AĞ AT Şahmat Məktəbi “Quba Open 2025” Beynəlxalq Reytinqli Blitz turnirinə yollanıb. Səfər çərçivəsində “həm ziyarət, həm ticarət” prinsipi ilə Qubanın füsunkar təbiətini, görməli yerlərini gəzdik. Tələbələrimizlə yanaşı mehriban valideynlərimiz və müəllim kollektivimiz də gözəl vaxt keçirdi. Turnir həyəcanı ilə yanaşı birgə gülüşlər, dəyərli anlar və unudulmaz xatirələr bu günü daha da mənalı etdi.

QUBA
QUBA
QUBA
QUBA
QUBA
WhatsApp WhatsApp