Xanım şahmatçılarımız Dünya çempionu Antoaneta Stefanova ilə görüşdülər.
Bu gün xanım şahmatçılarımız dünya və Avropa çempionu Antoaneta Stefanova ilə görüşdülər. Tədbirin moderatoru “Ağ At” Şahmat Klubunun baş məşqçisi Ülkər Umudova olub. Görüş zamanı Stefanova öz şahmat yolundan, hələ 6 yaşında olarkən dünya çempionu Mixael Tal ilə etdiyi heç-heçədən və sonrasında qazandığı uğurlardan danışıb.
O, uğura aparan yolda fədakarlığın, səbirin və məqsədə inamın vacibliyini vurğulayıb. Tədbir çərçivəsində Stefanova iştirakçılar üçün master-class da keçirib, müxtəlif oyun strategiyaları və qərarvermə üsulları barədə dəyərli məsləhətlər verib.
Görüşdə istedadlı tələbələrimizdən Dəniz Abuşova və İnci Əmirli də iştirak ediblər.
Bu görüş iştirakçılar üçün həm motivasiya, həm də yeni biliklər baxımından xüsusi əhəmiyyət daşıyıb.