Ülkər Umudova Beynəlxalq Arenada!

Ağ Ağ Akademiyası

9-18 mart tarixlərində Səmərqənddə keçirilən Qadınlar üçün Beynəlxalq Şahmat Çempionatı başa çatır. Turnirdə 11 ölkədən 130 iştirakçı mübarizə aparır və qadın şahmatçılar üçün həm idman, həm də təcrübə baxımından dəyərli bir yarış oldu.⭐️

Bu mötəbər tədbirdə baş hakim kimi çıxış edən Ülkər Umudova, beynəlxalq səviyyədə qadınların şahmatda liderliyini bir daha nümayiş etdirdi. Turnir gənc şahmatçılar üçün yeni imkanlar, güclü rəqiblərlə qarşılaşmaq və beynəlxalq təcrübə qazanmaq şansı yaratdı.

Qadın şahmatının inkişafı və şahmatçılarımızın daha da irəliləməsi üçün bu cür turnirlər böyük əhəmiyyət kəsb edir. Ülkər xanımı və bütün iştirakçıları təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

WhatsApp WhatsApp