“Konstitusiya və Suverenlik ili” çərçivəsində şahmat turniri keçirildi

Ağ Ağ Akademiyası

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı, Bakı Gənclər Mərkəzi və “Ağ At” şahmat klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat turniri baş tutub.

📍 Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilib və Blits sistemi üzrə təşkil olunmuş yarışda 10–14 yaş arası 48 nəfər (24 qız, 24 oğlan) iştirak edib.

🇦🇿 Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

🎙️ Açılış nitqi ilə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, turnirin Ulu Öndər Heydər Əliyevin Azərbaycan şahmatının inkişafındakı misilsiz xidmətlərinə həsr olunduğunu bildirib. O vurğulayıb ki, məhz Ümummilli Liderin təşəbbüsü ilə ölkədə güclü şahmat məktəbləri yaradılıb və bu gün bu ənənə uğurla davam etdirilir.

🗣️ Bakı Gənclər Mərkəzinin direktoru, YAP Gənclər Birliyinin üzvü Nərgiz Babayeva isə çıxışında qeyd edib ki, Azərbaycan bu gün şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasındadır. Gənc şahmatçılarımız beynəlxalq arenalarda uğurla çıxış edir və ölkəmizi layiqincə təmsil edirlər.

🏆 Turnirin nəticələrinə əsasən:
• I yer – Əsnad Vəliyeva (94 saylı tam orta məktəb)
• II yer – Səbirə Muradlı (10 saylı internat məktəbi)
• III yer – Fərid Sadıqzadə (96 saylı tam orta məktəb)
• Qızlar üzrə ən yüksək nəticə – Dinara Hüseynova (81 saylı tam orta məktəb)

🎉 Turnirin sonunda qaliblərə diplom və hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

WhatsApp WhatsApp