BİZ KİMİK?

Ağ Ağ Akademiyası

2013-cü ildən fəaliyyət göstərən AĞ AT şahmat klubu ölkəmizin ilk özəl və peşəkar şahmat məktəbi olmaqla, uşaqlar üçün şahmatın sehrli dünyasına geniş bir qapı açır. Məktəbimiz balacaların düşüncə tərzini inkişaf etdirən, strateji bacarıqlarını gücləndirən və eyni zamanda onları əylənərək öyrənməyə təşviq edən bir məkandır.

Tələbələrimiz klubun təşkil etdiyi müxtəlif tədbirlərdə, yarışlarda, master-klasslarda və maraqlı viktorinalarda aktiv iştirak edir, şahmatı sevərək və əylənərək öyrənirlər. Bu yanaşma nəticəsində AĞ AT tələbələri həm yerli, həm də beynəlxalq arenada uğurlar qazanır, medallar və mükafatlarla ölkəmizi layiqincə təmsil edirlər.

Klubun yaradıcısı - Azərbaycanın əməkdar məşqçisi - Ülkər Umudova illər ərzində çoxsaylı çempionların və peşəkar şahmatçıların formalaşmasına rəhbərlik etmişdir. Onun rəhbərliyi altında AĞ AT klubu bir çox istedadlı şahmatçının uğur yoluna ilk addımlarını atmasına vəsilə olmuşdur.

Əsas məqsədimiz yalnız turnirlərdə iştirak və qalibiyyətlə kifayətlənmək deyil. Bizim üçün ən önəmlisi sağlam düşüncəli, məntiqli qərar verə bilən, özünəinamlı və cəmiyyətə faydalı şəxsiyyətlər yetişdirməkdir. Bu baxımdan, şahmat bizim üçün sadəcə oyun deyil, həyat məktəbidir.

WhatsApp WhatsApp