Azərbaycanda ilk dəfə!

Azərbaycanda ilk dəfə, yenə də AĞ AT'da!

Məlumdur ki, professional idmançıların yetişdirilməsində əsas rol onların psixoloji hazırlığı və vəziyyətidir. Şahmatda yeniliklər sahəsində Azərbaycanda ilk və tək olan 'AĞ AT' bu dəfə də şahmatçıların qeydinə qalıb.

Sentyabrın 30-da AĞ AT'da "Şahmat və psixologiya" seminarlarından birincisi "Şahmatçı psixologiyası və valideyn dəstəyi" mövzusunda keçirilib. Seminarı tanınmış psixoloq-alim Ruhəngiz Mehmanqızı və idman ustası Qadir Seyidov aparıblar.

Eyni gündə AĞ AT'da yenicə yekunlaşmış təsnifat turnirinin təltifetmə mərasimi də keçirilib.

Növbəti seminarların haqqında AĞ AT'ın sosial şəbəkələrdəki rəsmi səhifələrindən xəbər ala bilərsiz.

30 sentyabr 2017