Heydər Əliyev Mərkəzi ilə birgə turnir keçirilib

İyunun 25-də Heydər Əliyev Mərkəzi və AĞ AT şahmat klubu birgə açıq səma altında sürətli şahmat turniri keçiriblər.

Geniş kütlənin marağına səbəb olan turnirdə 16 yaşınadək olan 100 şahmatçı iştirak edib. 5 turun yekununa görə müəyyənləşdirilmiş qaliblər sertifikat və medallarla təltif olunublar.

KİV nümayəndələrinin suallarını cavablandıran beynəlxalq dərəcəli hakim Ülkər Umudova bildirib ki, xarici ölkələrdə belə tədbirlər tez-tez keçirilsə də, Azərbaycanda ilk dəfə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilir.

Həm valideynlər, həm də iştirakçılar yay tətili dövründə asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış rahat şəraitə görə turnir təşkilatçılarından razılıqlarını və bu cür turnirlərin mütəmadi keçirilməsi barədə arzularını bildiriblər.

25 iyun 2017