Beynəlxalq şahmat aləminə inteqrasiya

""Winter Cup" ilə, AĞ AT Şahmat Klubu Dünya Şahmat Federasiyasına qoşularaq beynəlxalq şahmat aləminə inteqrasiya edir."

Salman Abdulov


Bu gün ilk beynəlxalq reytinq turnirimiz uğurla başa çatıb. Respublika Şahmat Mərkəzində idmançılar müxtəlif diplom və sertifikatlarla, kubok və medallarla təltif olunublar.

14 yaşa qədər bütün şahmatçılara iştirak imkanı tanıyan "Winter Cup" turniri Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilib.

4 dekabrda keçirilmiş açılış mərasimində Bakı Şəhər İdman İdarəsinin şahmat üzrə kuratoru Salman Abdulov, Respublika Şahmat Mərkəzinin direktoru Məcid Əfəndiyev və beynəlxalq hakim Nurəli Məmmədzadə idmançıları salamlamış, bu cür turnirlərin gənc şahmatçılarımız üçün olduqca önəmli olduğu vurğulamışlar.

Gənclərimizə uğurlu inkişaflarını davam etdirmələrini arzu edirik!

Turnir nəticələri ilə cədvəldən tanış ola bilərsiz.

10 dekabr 2016