Şahmat nə qədər qədimdir?

Rəvayətə görə şahmat Hindistanda yaradılmışdır. Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar nəticəsində tapılmış materiallar şahmatın yaranmasını e.ə. III-II minilliklərə aid etməyə imkan verir.

şəkildə: Misir çariçası Nefertiti oyun zamanı (e.ə.1320-1200)

Çariça Nefertiti oyun zamanı (e.ə.1320-1200)

Şahmat avtomatı kələyi

1770-ci ildə macar Volfqanq fon Kempelen şahmat avtomatı icad etmişdi. Avtomat insan boyunda türk oyunçusunun fiqurundan və onu “işə salan” qəliz mexanizmdən ibarət idi. Avtomat türkün mexaniki əli fiqurları hərəkət etdirirdi.

Deyilənlərə görə, bu avtomat hətta Napoleon Bonapart və Benjamin Franklinə də qalib gəlmişdi.

Lakin bir neçə ildən sonra, avtomatın kələk olduğu məlum olub. Avtomatın içərisində həqiqi şahmatçı otururmuş. Mexanizmləri tamaşaçılara hər dəfə nümayiş etdirəndə isə şahmatçı gizlənirmiş.

şəkildə: Kempelenin şahmat aparatının təsviri

Kempelenin şahmat aparatının təsviri

Şahmat və insan beyni

Psixoloqlar şahmatı yaddaşın möhkəmləndirilməsi üçün effektiv vasitə hesab edirlər. Eyni zamanda, bu oyun qəliz məsələlərin həlli və yeni ideyalar tapmaqda da imkanları artırır.

Təsadüfi deyil ki, Altsaymer xəstəliyi ilə mübarizədə şahmat tövsiyə edilir.


Yatan oyunçular?

Əvvəllər şahmatı saatsız oynayarmışlar. Bəzən bir oyun saatlar, hətta günlər də davam etməklə, rəqibləri lap haldan salarmış. Hətta 1851-ci ildə keçirilmiş bir yarışda oyunçuların yuxuya getməsi səbəbindən oyun başa çatmamış kimi qeydə alındı.

Lakin növbəti ildən etibarən oyunlarda qum saatı tətbiq olunmağa başlanıldı.

şəkildə: Sven Magnus Carlsen şahmat oynayarkən 10 saniyəlik mürgüləyərkən

Sven Magnus Carlsen şahmat oynayarkən 10 saniyəlik mürgüləyərkən

Beynimiz nələrə qadirdir?

Oyuna başlayanda, hərəyə 3 gedişdən sonra 9,000,000-dan çox mümkün variasiya yaranır...


Gözüyumulu şahmat

Gözüyumulu şahmat lövhəyə baxmadan oynanılır. Adətən fiqurları oyunçuların əvəzinə başqası hərəkət etdirir. Lövhəni görmədən oynamaq xüsusi qabiliyyət tələb edir və şahmatçıların çoxu gözüyumulu oynamağı bacarır.

Macar şahmatçı Yanoş Fleş rekord qıraraq, eyni zamanda oynadığı 52 oyundan 32-sini udmuşdu.

şəkildə: Macar rekordsmen Yanoş Fleş

Macar rekordsmen Yanoş Fleş

Ən qısa oyun

Ən qısa oyun 2 gedişdən ibarətdir: f3 e5g4 Qh4++.

Rəsmi müsabiqələrdə isə ən qısa oyun Corceviç - Kovaçeviç qarşılaşmasında 3 gedişdən sonra ağların təslim olması ilə qeydə alınmışdır.

Ən tez mat qoyma üsulunun animasiyası