Arizonada heykəltəraş Ray Villafane və rəssam Sue Beatrice tarla siçanı ilə şahmat oynayan filin heyrətamiz qum heykəlini yaradıblar. Hündürlüyü 3 metrə yaxın olan fili müəlliflər Chessie Trunkston, siçanı isə Hershel Higginbottom adlandırıblar. Hətta maraqlı hekayə də uydurublar:

"Chessie adlı gənc bir fil var idi.
O, fıstıq yeyərdi, lakin çox səliqəsiz idi.
Bir gün fırıldaq edə bilməyərək
bir siçana məğlub olan filin
son gedişi onu əzişdirmək oldu.”

Dərin mənası olan bu əsər 2017-ci ilin avqust ayınadək ABŞ-da sərgilənəcək.